Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 31 may - Sputnik. Astara Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkiləri əkib-becərən şəxsləri saxlayıb.
DİN Mətbuat Xidmətinin Lənkəran Regional Qrupundan Sputnik Azərbaycan-ın bölgə müxbirinə verilən məlumata görə, "Xaş-xaş 2019" tədbirlər planı çərçivəsində Astara RPŞ-nin əməkdaşları tərəfindən rayonun Ərçivan qəsəbəsinin sakini Elman Məmmədovun yaşadığı evin həyətyanı sahəsindən 57 ədəd xaş-xaş bitkisi, Şahağacı kənd sakini əvvəllər məhkum olunmuş Yadigar Şükürovun yaşadığı evin həyətyanı sahəsindən isə 13 ədəd çətənə bitkisi aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.