CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Diplomlarımız Türkiyədə tanınmayacaq? – Təhsil Nazirliyi cavab verdi

© AR Ministry of EducationAzərbaycan Respublikasının Təhsil Nazirliyi
Azərbaycan Respublikasının Təhsil Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın Bakı Mühəndislik, Odlar Yurdu, Azərbaycan Texnologiya universitetlərinin diplomlarının tanınmaması işə bağlı sosial şəbəkələrdə məlumatlar paylaşılıb

BAKI, 30 may — Sputnik. Təhsil Nazirliyi Azərbaycanın bir sıra universitetlərinin diplomlarının Türkiyədə tanınmaması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirib.

Azərbaycan ali məktəblərinin diplomları, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Diplom dövrü bitdi!

Sputnik Azərbaycan-ın Report-a istinadla xəbərinə görə, nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli informasiyanın həqiqətə uyğun olmadığını bildirib.

O deyib ki, Türkiyə tərəfindən hansısa universitetin diplomlarının tanınmaması ilə bağlı rəsmi müraciət daxil olmayıb: "Rəsmi müraciət daxil olacaqsa, araşdırma aparacağıq. Azərbaycanın hər bir universitetinin, xüsusilə dövlət universitetlərində verilən təhsili keyfiyyətinə inanırıq. Hər hansı anlaşılmazlıq ortaya çıxacaqsa, bunun da aradan qaldırılması üçün Təhsil Nazirliyi əlindən gələni edəcək".

Qeyd edək ki, Türkiyədə magistr təhsilini davam etdirmək üçün Azərbaycanın Bakı Mühəndislik, Odlar Yurdu, Azərbaycan Texnologiya universitetlərinin diplomlarının tanınmaması işə bağlı sosial şəbəkələrdə məlumatlar paylaşılıb.

Xəbər lenti
0