CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həyatımıza qənim kəsilən zolaqlar: Keçsəm öldürərlər, keçməsəm...

© Sputnik / Anar MustafayevДевушка на пешеходном переходе в Баку
Девушка на пешеходном переходе в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Müvafiq qurumlar isə bu məsələni nəzarətdən kənar saxlayır

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 30 may — Sputnik. Son zamanlar paytaxtın küçələrində piyadalar üçün nəzərdə tutulmuş zolaqlarının tez sıradan çıxdığının şahidi oluruq. Boyalar çəkildikdən bir ay sonra pozulur, sadəcə boyanın izi qalır. Bu da sürücülərin keçidləri görməməsinə, piyadaların vurulması ilə nəticələnənə qəzaların baş verməsinə gətirib çıxarır.

Mütəxəssislər deyir ki, sovet dövründə yollara çəkilən piyada zolaqları aylarla qalırdı. İndi müvafiq qurum boyanın tərkibini keyfiyyətsizləşdirdiyi üçün boya bir aydan artıq qalmır. Pozulduqdan sonra isə rənglənməsi aylarla yada düşmür.

Müvafiq qurumlar isə bu məsələni nəzarətdən kənar saxlayır.

© Facebook / Elmeddin MuradliElməddin Muradlı
Həyatımıza qənim kəsilən zolaqlar: Keçsəm öldürərlər, keçməsəm... - Sputnik Azərbaycan
Elməddin Muradlı

Nəqliyyat eksperti Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, piyada keçidləri artıq uzun illərdir nəzarətdə saxlanılmır. Bəzi yerlərdə piyada zolaqları var, nişan yoxdur, bəzi yerlərdə nişan var, zolaq yoxdur: "Amma elə zolaq da var ki, var kimi görünür, amma yokeçidyol

xdur. Zolaqda 8-10 xətt olmalıdır. Baxırsan ki, kənarlarda 1-2 görünür. Müşahidə aparmışam, Dağüstü parkın yanında piyada keçidi var. Keçid çəkiləndən sonra 3 ay müddətində yoxa çıxır. Buna da səbəb keyfiyyətsiz boyalardan istifadə edilməsidir".

Bakı-Şamaxı magistralının 16 km-lik hissəsinin genişləndirilməsi uğurla icra olunur - Sputnik Azərbaycan
CƏMİYYƏT
Respublika əhəmiyyətli yol genişləndirilir

Ekspert vurğulayıb ki, nişanların qoyulması və zolaqların çəkilməsi Bakı Nəqliyyat Agentliyinin (BNA) nəzarətindədir. Amma bu qurumun öz bazası olmadığına görə, zolaq çəkilməsini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sifariş edir.

"Bu iş bu qədər məsuliyyətsiz vəziyyətdə buraxıldığı üçün adı çəkilən qurumlar cavab verməlidir. SSRİ-nin dövründə çəkilən piyada keçidləri silinmirdi. Dövlətin vəsaitini ucuz boyalara xərcləyirlər. Bu boyaların parlaqlığı, qalıcılığı yoxdur. Piyada keçidlərinin çəkilməsi zamanı istifadə edilən boyalar yol üçün nəzərdə tutulmayıb. Heç kimi maraqlandırmır ki, AAYDA-nın çəkdiyi boyanın tərkibi nədir. Bu boyaların işıq qaytarıcı qabiliyyəti olmalıdır" – deyə E.Muradlı əlavə edib.

Onun sözlərinə görə, əvvəllər bu boyaların tərkibinə fosfor, şüşə tozu, alüminium qırıntıları və digər kimyəvi maddələr qatırdılar. Axşam saatlarında avtomobillərin işığı piyada keçidinə düşdüyü zaman keçid işıq saçırdı və görünürdü. Sürücü piyada keçidini görüb sürəti azaldırdı. İndi piyada keçidlərində bu effekti cəmi 1 ay görə bilərsən. 3 aya keçidlər tamamilə silinir: "Heç kim AAYDA-dan soruşmur ki, bu boya nədir. Bunların tərkibi mütləq yoxlanılmalıdır. Məncə, ya ucuz mal alınır, ya da alınan boyanın tərkibinə nəsə qatqı qatılır. Hesab edirəm ki, BNA gələcəkdə özünü doğrultmuş bir qurumla işləməlidir. Çünki hamı görür ki, AAYDA bu işi yarıtmır".

© © APAAAYDA-nın mətbuat katibi Anar Nəcəfli
Həyatımıza qənim kəsilən zolaqlar: Keçsəm öldürərlər, keçməsəm... - Sputnik Azərbaycan
AAYDA-nın mətbuat katibi Anar Nəcəfli

Məsələ ilə bağlı AAYDA-nın mətbuat katibi Anar Nəcəfli ilə əlaqə saxladıq. O, qeyd etdi ki, təmirdən sonra yolların boyanması sırf asfalt-beton örtük üçün nəzərdə tutulan boyalardan istifadə olunur: "İstifadə olunan boyalar sırf olaraq yollar üçün nəzərdə tutulmuş boyalardı. Boyaların keyfiyyəti ilə bağlı kimin şübhəsi varsa, yoxlatdıra bilər".

A.Nəcəfli vurğulayıb ki, hərəkət intensivliyindən və meteoroloji amillərdən asılı olaraq boyaların rəngi bir müddətdən sonra sola bilər.

"Bu da normaldır. Sifariş əsasında zolaqda rəng solandan sonra yenidən rənglənmə işləri aparılmalıdır. Rəngləmə işləri magistral yollarda hər 5-6 aydan bir, şəhər içi yollarda 2-3 aydan bir intensivliyə görə yenidən rənglənməlidir" - deyə o əlavə edib.

P.S. Zolaqların çəkilməsinə birbaşa cavabdeh olan Bakı Nəqliyyat Agentliyindən isə sorğumuza cavab ala bilmədik. BNA nümayəndələri müdrikcəsinə susmağa üstünlük verdilr...

Xəbər lenti
0