BAKI, 30 may — Sputnik. Moskvada Qroznıya uçan sərnişin təyyarəsi texniki nasazlıqla bağlı "Şeremetova" hava limanına eniş edib.
Sputnik Azərbaycan xəbər verir ki, bunu "RİA Novosti"-yə açıqlamasında Moskva regionunun təcili və təxirəsalınmaz xidmətinin nümayəndəsi bildirib.
"Sərnişin təyyarəsi 10:22-də (Bakı vaxtı ilə 11:22-də enib – Red.) – deyə agentliyin mənbəsi bildirib.
İlkin məlumatlara görə, təyyarənin yanğınsöndürmə sistemində nasazlıq siqnalı işi düşüb.
Hadisə baş verən zaman təyyarənin göyərtəsində 155 sərnişin olub.