CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli parklara direktor seçimi ilə bağlı müsabiqə davam edir

CC0 / rawpixel / BusinessmenБизнесмены, фото из архива
Бизнесмены, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Namizədlərdən kompleks bacarıqların olması tələb olunur

 

BAKI, 30 may — Sputnik. "Milli parklar xüsusi ekoloji, tarixi, estetik əhəmiyyəti olan təbiət komplekslərinin yerləşdiyi təbiəti mühafizə və elmi-tədqiqat idarəsi statusunda olan ərazilərdən ibarətdir. Artıq bu məfhumun özündən irəli gələrək bu idarələrin vahid kompleks altında çoxşaxəli istiqamətli fəaliyyətləri yerinə yetirdiyi məlum olur. Və təbii ki bu cür tələblər qoyulduğu halda bu qurumların idarə edilməsi tam hazırlıqlı və səriştəli şəxslər tərəfindən həyata keçirilməlidir".

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə məlumat verib.

İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib - Sputnik Azərbaycan
CƏMİYYƏT
Prezident Ekologiya və Təbii Sərvətlər Nazirliyi barədə fərman verdi

O, qeyd edib ki, Azərbaycanın ən nadir və zəngin təbiət ərazilərinin mühafizəsi, idarə edilməsi və onları layiqli şəkildə yerli və xarici qonaqlara tanıtmaq üçün bir daha qeyd etmək istərdim ki, bu idarələrə rəhbərlik edən şəxslər özlərində kompleks bacarıqları ehtiva etməlidir: "Milli parklara hazırda təbii ki rəhbərlik olunur, əksər milli parkların direktorları təyin olunub. Amma biz sahəni təhlil edərək bu qənaətə gəldik ki, təbiət elmləri, idarəetmə, turizmin təşkili və menecmenti ilə bağlı bilik və təcrübəyə malik daha bacarıqlı kadrların cəlb olunması üçün şəffaf bir müsabiqə təşkil edək".

H. Əlizadənin sözlərinə görə, namizədlərdən kompleks bacarıqların olması tələb olunur. İlk növbədə, əlbəttə ki bu idarələr həm elmi-tədqiqat statuslu olduğundan, həm mühafizə komponentini özündə ehtiva etdiyindən, həm də birbaşa ekoturizmlə bağlı olduğundan bu rəhbər şəxslər təbiət elmləri, idarəetmə, turizmin təşkili və menecmenti ilə bağlı bilik, bacarıq və təcrübəyə malik olmalıdırlar: "Direktorların yüksək natiqliq bacarığının olması Azərbaycanın nadir təbiət ərazilərinin təbliğatının təşkilində yerinə düşərdi. Eyni zamanda onların həm xarici dil biliyi, həm də zəngin dünyagörüşü olmalıdır ki, milli parkları bacarıqla davamlı idarə edə, həmçinin turizmin inkişafına nail ola və paralel olaraq elmi işi apara bilsinlər. Yəni bu ərazilər həm öyrənilməli, həm tədqiq olunmalı və onun nəticəsi ortaya qoyularaq turizmin inkişafına sərf olunaraq sonunda sinerjili bir nəticələrə gətirib çıxarmalıdır".

H. Əlizadə vurğulayıb ki, nazirlik seçimin tam şəffaf aparılmasında maraqlıdır. Artıq bununla bağlı nazirlikdə müsabiqə elan edilib, müsabiqə komissiyası yaradılıb. Müsabiqənin qiymətləndirilməsi üçün komissiyaya ETSN-nin, ölkədə təbiəti mühafizə sahəsində mühüm işlər görən İDEA İctimai Birliyinin, Dövlət Turizm Agentliyinin və AMEA-nın Zoologiya İnstitutunun mütəxəssisləri cəlb olunub : "Bu qrup tərəfindən kompleks şəkildə namizədlərin bacarıqları qiymətləndiriləcək və seçim aparılacaq. Hazırda Ağgöl Milli Parkının direktor vəzifəsi vakantdır. İlk növbədə təbii ki, Ağgöl Milli Parkı üçün rəhbər seçiləcək, ondan sonra isə uğurlu nəticələr ortaya qoyan namizədlərin sırasından bir baza yaradılacaq, digər milli parklarımız da mərhələlərlə bu müsabiqəyə açıq elan edildikdə artıq həm o bazada olan namizədlərin içindən seçim aparılacaq, həm də yeni namizədlərin təklif və müraciətlərinə baxılacaq".

Цветущее дерево в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Daha bir "kreativ" ekologiya düşməni ifşa edildi

Departament rəhbəri deyib ki, Azərbaycanda xarici mütəxəssislərin iştirakı ilə yeni beynəlxalq turizm konsepsiyası hazırlanır, milli park ərazilərində xarici konsepsiya əsasında marşrutların markalanması gedir, innovativ üsullardan istifadə olunaraq turistlərə məzmunlu məlumatlar çatdırılır ki, bütün bunlar da yeniliklərin tətbiqidir. Bəli direktorlardan tələb olunan səriştə və bacarıqlardan biri də həmin bu innovativ məsələlərdə bacarığın olması, yeniliklərə meylin olması və bu sahədə kreativlikdir.

"İlkin mərhələdə 31 may tarixinədək müddət qoyulub. Hazırda maraqlanan və sənəd təqdim edən xeyli namizəd var. Lakin 31 may tarixi də müəyyən mənada şərtidir, çünki dediyimiz kimi ilkin mərhələdə Ağgöl Milli Parkına seçim edəcəyik. Paralel şəkildə digər milli park direktorlarının da bacarığı qiymətləndiriləcək və ehtiyac olduqca daxil olan sənədlər, həm də indi müraciət edənlər bazaya daxil ediləcək və onların müraciətindən istifadə olunacaq" - deyə o bildirib.

Xəbər lenti
0