Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Gürcü müğənni Bakıda çəkdiyi kliplə hamını ağlatdı

© Instagram / brandonstonemusicИзвестный грузинский исполнитель и композитор, финалист проекта Первого российского канала "Голос" Брендон Стоун
Известный грузинский исполнитель и композитор, финалист проекта Первого российского канала Голос Брендон Стоун - Sputnik Azərbaycan
Abunə olmaq
"Mahnı valideynlərdən daha doğma heç kəsin olmadığı barədə çox vacib və həyati əhəmiyyətli mövzuya toxunur. Hər kəs öz valideynlərinin qədrini bilməlidir"

 

BAKI, 30 may — Sputnik. Gürcü əsilli məşhur müğənni və bəstəkar, Rusiyanın 1-ci telekanalında keçirilən "Qolos" (Səs) vokal yarışının finalçısı Brendon Stoun "Valideynlər" mahnısına klip çəkdirib. Bu klip onun pərəstişkarlarınını qəlbinə toxunub.

İfaçının Sputnik Azərbaycan-a verdiyi məlumata görə, həmin çarxın çəkilişləri Bakıda aparılıb. Klipi rejissor Emin Muradov çəkib. Stoun mahnını müğənni Marko ilə birlikdə oxuyub. Layihə üzərində Azərbaycan komandası işləyib. Bu heyətə ssenari müəllifləri Samir Ələsgərov və Xəyal Məmmədov, operator Orxan Məmmədov, montajçı Murad Muradlı, prodüser Rüfət Nəzər və başqaları daxildir.

"Mahnı valideynlərdən daha doğma heç kəsin olmadığı barədə çox vacib və həyati əhəmiyyətli mövzuya toxunur. Hər kəs öz valideynlərinin qədrini bilməlidir" - deyə Brendon Stoun bildirib.

Mahnı və klip tamaşaçılara çox ciddi təsir göstərib. Bu, artıq Stounun Bakıda çəkilən üçüncü klipidir. Buna qədər müğənni "Stroptivaya" (İnadkar) və "Radiostansiya" mahnılarının klipini də Azərbaycan paytaxtında çəkdirib.

1980-ci ildə Tbilisidə anadan olan Brendon Stoun müğənni, bəstəkar, pianoçu və prodüserdir. O, müxtəlif janr və istiqamətlərdə olan 250-dək yaradıcılıq nümunəsinin müəllifidir. Müğənni əsasən Almaniyada yaşayır. O, postsovet məkanında Rusiyanın 1-ci telekanalında keçirilən "Qolos" (Səs) vokal yarışında iştirak edəndən sonra məşhurlaşıb.

Xəbər lenti
0