CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əcnəbilərə iş icazəsinin verilməsinə görə yeni dövlət rüsumları müəyyənləşib

© Sputnik / Андрей Александров / Mediabanka keçidXarici pasporta müvafiq möhürün vurulması, arxiv şəkli
Xarici pasporta müvafiq möhürün vurulması, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
YenidDəyişiklik 2019-cu il iyulun 1-də qüvvəyə minəcək

BAKI, 30 may - Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişikliyə baxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliyə əsasən, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə yeni dövlət rüsumları müəyyənləşib.

Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə aşağıdakı dövlət rüsumları tutulacaq: On iş günü müddətinə verildikdə və ya müddəti uzadıldıqda 3 ayadək – 700 manat; 6 ayadək – 900 manat; 1 ilədək – 1400 manat. On beş iş günü müddətinə verildikdə və ya müddəti uzadıldıqda 3 ayadək – 500 manat; 6 ayadək – 700 manat; 1 ilədək – 1200 manat. İyirmi iş günü müddətinə verildikdə və ya müddəti uzadıldıqda 3 ayadək – 350 manat; 6 ayadək – 600 manat; 1 ilədək – 1000 manat.

Mövcud qanunvericiliyə görə isə Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə 3 ayadək - 350 manat, 6 ayadək - 600 manat, 1 ilədək - 1000 manat dövlət rüsumu alınır.

Dəyişiklik 2019-cu il iyulun 1-də qüvvəyə minəcək.

Dəyişiklik səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Xəbər lenti
0