Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dünyanın ən məşhur şirkətləri Bakıda beynəlxalq konfransa toplandı

© REPORTBakıda 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” konfransı işə başlayıb
Bakıda 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” konfransı işə başlayıb - Sputnik Azərbaycan
Abunə olmaq
Tədbirin ənənəvi iştirakçıları arasında SOCAR, BP, "Equinor", "Petronas", "Inpex", "Dentons", "Socar AQS", "Total", "Nobel Upstream" və digər dünyaca məşhur şirkətlər yer alır

BAKI, 30 may — Sputnik. Bu gün Bakıda Xəzər regionda energetika sektorunun nəhəng tədbiri sayılan 26-cı Beynəlxalq Xəzər Neft və Qaz konfransı başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, tədbir 2 gün davam edəcək.

İlham Əliyev XXVI Beynəlxalq “Xəzər Neft və Qaz-2019” sərgi və konfransının açılışında iştirak edib - Sputnik Azərbaycan
SİYASƏT
Prezident beynəlxalq sərgi və konfransın açılışında

Konfrans Xəzər Neft və Qaz sərgisinin tərkib hissəsidir.

Builki konfransda dünyanın 30-dan çox ölkəsini təmsil edən 600-dən artıq nümayəndə qatılıb. Tədbirin ənənəvi iştirakçıları arasında SOCAR, BP, "Equinor", "Petronas", "Inpex", "Dentons", "Socar AQS", "Total", "Nobel Upstream" və digər dünyaca məşhur şirkətlər yer alır.

Tədbir çərçivəsində məruzəçilər ilə “onlayn” rejimdə ünsiyyət yaratmağa imkan verəcək mobil tətbiqin istifadəyə verilməsi planlaşdırılır. Qeyd etmək lazımdır ki, bu il deleqatların sayında 30% artım gözlənilir.

Əlavə tədbirlər proqramına yerli və xarici şirkətlərin nümayəndələrinə öz məhsul və xidmətləri barədə sənayenin aparıcı iştirakçılarına məlumat vermək, əməkdaşlıq yollarını müzakirə etmək və satışlarının coğrafiyasını genişləndirmək üçün imkan yaradacaq B2B formatlı ikitərəfli görüşlərin təşkili daxildir.

Xəbər lenti
0