Həbsxanalarda toqquşma baş verdi, eyni anda 42 nəfəri asdılar

© AP Photo / Maurilio CheliBraziliya polisi
Braziliya polisi - Sputnik Azərbaycan
Abunə olmaq

BAKI, 29 may - Sputnik. Braziliyada 3 fərqli həbsxanada 42 məhkum asılmış halda tapılıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, dövlət başçısı Jair Bolsonaru həbsxanalarda idarəetmənin yenidən ələ alınması üçün tədbirlərin görüldüyünü bildirib. 

Азербайджанские полицейские, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda əməliyyat: axtarışda olan şəxs həbsxana qarşısında tutuldu

Qeyd edək ki, ölkədə 4 cəzaçəkmə müəssisəsində baş verən münaqişələr zamanı 15 nəfər öldürülüb. Bu gün isə 3 müxtəlif  həbsxanada 42 məhkumun öldürülməsi bütün ölkəni ayağa qaldırıb. 

Qeyd edək ki, bənzər hadisə 2017-ci ildə məhkumlar arasında baş verən münaqişəni xatırladır. O zaman 120 məhkum öldürülmüşdü. Onlardan bəzilərinin başı kəsilmişdi.

Amazon ştatında baş verən son hadisə ilə əlaqədar olaraq, ştatın səlahiyyətlisi Vilson Lima açıqlama verərək bildirib ki, cəzaçəkmə müəssisələrinə müdaxilə qrupu göndərilib.

Ədliyyə naziri Serjio Moro ilə görüşdüyünü deyən Lima nazirin ölkəni silkələyən bu böhranın bitməsi üçün əlindən gələni edəcəyini dediyini də vurğulayıb. 

Ölkə rəhbəri Jair Bolsonaru isə yeni cəzaçəkmə müəssisələrinin tikiləcəyini qeyd edib.

Xəbər lenti
0