Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Dünya şöhrətli musiqiçi: “Bakı həyatımda vacib rol oynayıb”

© Instagram / mark_eliyahuMark Eliyahunun Bakıda konserti
Mark Eliyahunun Bakıda konserti - Sputnik Azərbaycan
Abunə olmaq
İsrailin məşhur kamança ustası Mark Eliyahu illər sonra bir zamanlar kamança çalmağı öyrəndiyi şəhərə gəlməyindən sevinc içində bəhs edib

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 29 may — Sputnik. Ümumdünya şöhrətli israilli kamança ifaçısı Mark Eliyahu bu günlərdə Bakıda solo konsertlə çıxış edib. İfaçını Azərbaycanla çox şey bağlayır. Çünki o, məhz burada 20 il əvvəl ilk dəfə kamança ilə tanış olub və onda ifa etməyi öyrənib. Sonra yenidən İsrailə qayıdıb. Mark Eliyahu Bakı ilə bağlı təəssüratlarını Sputnik Azərbaycan-a müsahibəsində bölüşüb.

© Instagram / mark_eliyahuMark Eliyahunun Bakıda konserti
Dünya şöhrətli musiqiçi: “Bakı həyatımda vacib rol oynayıb” - Sputnik Azərbaycan
Mark Eliyahunun Bakıda konserti

- Mark, paytaxtımızın yeni siması necədir?

- Düzünü desəm, çox həyəcanlıyam və eyni zamanda çox şadam ki, 20 ildən sonra sevimli şəhərimə qayıtmışam. Sevimli Azərbaycan musiqi aləti kamançanı ifa etməyi məhz bu ölkədə öyrənmişəm. Bütün bunlarla yanaşı, mən məhz Azərbaycanda özümü tapmışam və başa düşmüşəm ki, hansı musiqini ifa etməyi xoşlayıram.

Yeni Bakı çox xoşuma gəlir. Şəhər daha gözəl və müasir olub. Mən cəmi iki günlüyə gəlmişəm və təəssüf ki, çox yerləri gəzə bilmədim. Söz verirəm ki, şəhərin görməli yerlərini gəzmək üçün tezliklə bura qayıdacağam.

- Məhz 20 il əvvəl Azərbaycana niyə gəlmişdiz?

- Mən Dağıstanda anadan olmuşam, amma sonra yaşamaq üçün ailəmlə birlikdə İsrailə köçmüşəm. Valideynlərim musiqiçidirlər, ona görə də evimizdə həmişə musiqi çalınıb. Onlar həmişə məni dəstəkləyiblər və hətta mənimlə birlikdə Bakıya gəliblər. Atam Peres Eliyahi məşhur bəstəkar və tar ifaçısıdır. İsraildə tez-tez azərbaycanlı musiqiçilər çıxış edir. Atam onların çoxu ilə dostluq edir. Sizin musiqiniz mənim çox xoşuma gəlir. 16 yaşım olanda ilk dəfə Bakıya uçmuşdum. Valideynlərim musiqiçi olduqları üçün mənim seçimimi anlayışla qarşıladılar.

© Instagram / mark_eliyahuMark Eliyahunun Bakıda konserti
Dünya şöhrətli musiqiçi: “Bakı həyatımda vacib rol oynayıb” - Sputnik Azərbaycan
Mark Eliyahunun Bakıda konserti

- Niyə bu qədər Azərbaycan musiqi alətləri içindən məhz kamançanı seçmisiz?

- Dörd yaşım olanda valideynlərim skripka çalmağı öyrənmək məqsədilə məni musiqi məktəbinə qoymuşdular. Bu alət xoşuma gəlir. 16 yaşım olanda mən Yunanıstana getmişdim və ilk dəfə orada saz çaldım. Bir dəfə, indi xatırlamıram kim idi, bir nəfər mənə Azərbaycanın xalq artisti Habil Əliyevin diskini hədiyyə etmişdi. Orada onun kamançada ifa etdiyi "Bayatı-şiraz" muğamı yazılmışdı. Həmin yazıya qulaq asandan sonra anladım ki, mən məhz bu musiqi alətini ifa etmək istəyirəm.

Dərhal atama zəng elədim və dedim ki, kamançanı ifa etməyi öyrənmək istəyirəm. 

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Qazaxıstanın Mezzo musiqi qrupu Bakıda konsert verdi
Məlum oldu ki, ulu babam da nə vaxtsa məhz bu alətdə ifa edib. Valideynlərim ən yaxşı kamança ustasını tapmaq qərarına gəldilər ki, o, mənə bu alətdə ifa etməyi öyrətsin. Həmin şəxs Azərbaycanlı musiqiçi Ədalət Vəzirov oldu. Ailəm məni Bakıya onun yanına göndərdi. İki il Vəzirovun evində yaşadım və o, mənə kamançada çalmağı öyrətdi.

- Siz Azərbaycanın məşhur kamança ustası Habil Əliyevi də şəxsən tanımısız və o, sizə özünün musiqi alətini hədiyyə edib. Bu tanışlığın necə baş verdiyindən danışa bilərsiz?

- Atam İsrailə bir çox azərbaycanlı ifaçını dəvət edib ki, onların arasında da Alim Qasımov, Habil Əliyev və bir çox başqaları olub. Məhz orada mən ilk dəfə Habil Əliyevlə tanış olmuşam. İsraildəki sonuncu görüşümüzdə Habil Əliyev söz verdi ki, kamançasını mənə bağışlayacaq.

Bakıda Vəzirovun evində yaşayanda tez-tez onunla birlikdə Habil Əliyevgilə gedirdik, onunla birlikdə çay içir, musiqini müzakirə edirdik. O, hər dəfə mənim kamançada ifamı dinləyəndə heyrətə gəlirdi ki, onu ifa etməyi necə belə tez öyrənmişəm. Habil Əliyev ölümünə bir neçə il qalmış verdiyi sözü tutdu və öz kamançasını mənə hədiyyə etdi.

© Instagram / mark_eliyahuMark Eliyahunun Bakıda konserti
Dünya şöhrətli musiqiçi: “Bakı həyatımda vacib rol oynayıb” - Sputnik Azərbaycan
Mark Eliyahunun Bakıda konserti

- Siz hazırda əsasən hansı musiqiləri ifa edirsiz?

- Mənim üslubumun formalaşmasında Azərbaycan musiqisi böyük rol oynayıb. Ona görə də, öz çıxışlarımda tez-tez sizin ölkənin xalq mahnılarına və muğama müraciət edirəm. Mənim kompozisiyalarım əsasən muğamın və elektron musiqinin sintezindən ibarətdir.

- Bildiyimiz qədər siz təkcə musiqiçi deyil, həm də bəstəkarsız...

- Bəli. Hələ yeniyetmə olanda musiqi bəstələməyə başlamışam. Müxtəlif janrlarda musiqi bəstələmək çox xoşuma gəlirdi. Mənim yaradıcılığıma şərq musiqisinin böyük təsiri var və ona görə də əsasən bu üslubda bəstələyirəm. Musiqi yazmaq üçün mən təbiətdən, insanlardan və məhəbbətdən ilham alıram.

- Sizi yenidən Bakıda nə vaxta gözləyək?

- Bakıdakı konsertimdən razı qalmışam. Konsertdə müəllifi olduğum əsərləri və atamın bəstələrini ifa etdim. O da mənimlə birlikdə səhnəyə çıxdı. Amma mənim repertuarımda daha bir bəstə qalıb ki, onu bakılılar üçün ifa etməyi çox istəyirəm. Ümid edirəm ki, tezliklə yenidən sevimli Bakıma gələcəyəm.

Xəbər lenti
0