BAKI, 28 may – Sputnik. Professional fəaliyyətini həyata keçirmək üçün ölkəyə gələn Sputnik Litva-nın şef redaktoru Marat Kasem Vilnüs hava limanında saxlanılıb.
Litva hakimiyyət orqanları bildirilər ki, o, “milli təhlükəsizlik üçün təhdiddir”.
Kasem Litvaya işgüzar səfər edib. Şef-redaktora 5 il müddətinə ölkəyə giriş qadağan edildiyi bildirilir.
Bu, Baltikyanı dövlətlərin hakimiyyət orqanlarının Rusiya KİV-nin fəaliyyətinə mane olmaqla bağlı ilk hadisə deyil. Ötən ilin yayında Latviya Təhlükəsizlik Polisi Riqa hava limanında Sputnik Litva-nın baş redaktoru Valentins Rojentsovsu saxlamışdı. O, dindiriləndən 12 saat sonra buraxılmışdı.
Sputnik-in mətbuat xidmətindən bildirilib ki, jurnalistlərə təzyiq Baltika ölkələrində adi hala çevrilib. Çünki bu ölkələrin hakimiyyət orqanları “yeganə doğru” nöqteyi-nəzərdən fərqlənən Rusiya agentliyinin populyarlığından narahatdırlar.