İstanbul fatehinin namaz qıldığı məscidə hücum edilib

Abunə olmaq
Kosovoda Osmanlı dövründən qalan tarixi məscidə naməlum şəxslər tərəfindən hücum olub

BAKI, 28 may - Sputnik. Kosovoda Osmanlı dövründən qalan tarixi məscidə naməlum şəxslər tərəfindən hücum edilib. Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, Kosovonun Prizren şəhərində Osmanlıdan qalan tarixi əsərlərdən biri olan "Namazgah" məscidinə hücum edilib. 

Beyləqan rayonunda inşasına 30 il öncə başlanan “Cümə  məscidi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Axundsuz rayonun məscid problemi – Tikinti 30 ildir davam edir

Hücum nəticəsində məscidin sütunları dağılıb.

Kosovo İslam Birliyi Şurası baş verən hadisəni pisləyib, 1455-ci ildə inşa edilən məscidə edilən hücumdan narahat olduqlarını bildirib. Şura günahkar şəxslərin tapılması və cəzalandırılması üçün hüquq-mühafizə orqanlarına çağırış edib. Şura həmçinin dağılan sütunların bərpa edilməsini də tələb edib. 

Prizren şəhərinin bələdiyyə sədri baş verən hadisəni sərt şəkildə qınayıb, günahkarların cəzalandırılmasını tələb edib.

Qeyd edək ki, Osmanlı sultanı Fateh Sultan Mehmetin Prizreni fəth etdikdən sonra ilk cümə namazını burada qıldığı bildirilir.

Uzun illər anbar olaraq istifadə edilən məscid 2001-ci ildə Türkiyə tərəfindən bərpa edilib.

Xəbər lenti
0