İranda Ramazan ayının başa çatmasını özünəməxsus şəkildə qeyd edəcəklər

© Sputnik / Vitaly Belousov / Mediabanka keçidQüds, arxiv şəkli
Qüds, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İran nümayişlərə hazırlaşır

BAKI, 28 may - Sputnik. İran geniş şəkildə "Qüds günü" nümayişlərinə hazırlaşır. Sputnik Azərbaycan İranın "Mehr" agentliyinə istinadla xəbər verir ki, iranlı general Ramazan Şərif aksiyaların İranın hər yerində keçiriləcəyini söyləyib.

Nümayişlərdə "Fələstin münaqişəsi həll edilsin" və digər şüarlar səsləndiriləcək. Aksiyaların digər ölkələrdə də keçirilməsi gözlənilir.

Qeyd edək ki, "Qüds günü" ilk dəfə 1979-ci ildə İran İslam inqilabının lideri Ayətullah Xomeyninin təşəbbüsü ilə Fələstinin azadlığına dəstək üçün keçirilib. O vaxtdan İranda, Livanda və bəzi başqa müsəlman ölkələrində hər il Ramazan ayının sonuncu cümə günü Fələstin xalqına dəstək tədbirləri keçirilir.

Xəbər lenti
0