CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı finalı üçün əlavə avtobuslar da ayrıldı

© Photo : SalamNewsBakuBus MMC-yə məxsus avtobus, arxiv şəkli
BakuBus MMC-yə məxsus avtobus, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Daşımalara axşam saat 19:00-da başlanacaq və proses saat 23:00-dək davam edəcək

BAKI, 28 may - Sputnik. Mayın 29-da Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının Finalına bilet alan tamaşaçıların daşınması X1 və X2 ekspress marşrut xətt avtobusları vasitəsi ilə həyata keçiriləcək.

Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Final oyununa bilet alan şəxslər Bakı Olimpiya Stadionuna metronun “28 May” stansiyası yaxınlığından X2 (Səməd Vurğun bağı) ekspress xətt avtobuslarından istifadə etməklə gedə biləcəklər. Daşımalara axşam saat 19:00-da başlanacaq və proses saat 23:00-dək davam edəcək.

Xəbər lenti
0