CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rusiyanın daha bir şəhərinə yeni reys sərnişinlərin ixtiyarına verildi

© Sputnik / Murad OrujovBakı beynəlxalq avtovağzalı
Bakı beynəlxalq avtovağzalı - Sputnik Azərbaycan
Abunə olmaq
Sərnişinlərin istəyinə uyğun olaraq beş yaşınadək uşaqlar üçün də bileti yarı qiymətinə əldə etmək mümkündür

BAKI, 28 may — Sputnik. 28 may tarixindən etibarən həftənin 2-ci və 5-ci günləri Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) Bakı-Tver-Bakı istiqaməti üzrə yeni reys fəaliyyətə başlayacaq. Avtobus Bakıdan saat 13:00-da hərəkət edəcək.

Bu barədə Sputnik Azərbaycan-a BBAK-dan məlumat verilib.

Qeyd edilib ki, səfər saatı təxminən 36 saatdır. Avtobus digər istiqamətdən də həftənin 2-ci və 5-ci günləri saat 13:00 da yola düşür. Biletin bir istiqamət üzrə qiyməti 100 AZN təşkil edir. Avtobus Rostov, Varonej, Tula, Moskva şəhərlərindən keçəcək.

Ukrayna Hava Yollarına məxsus təyyarə - Sputnik Azərbaycan
Ukraynadan Rusiyaya aviareyslər ləğv olundu

Sərnişinlər Bakı-Tver-Bakı reysinə biletləri "avtovagzal.az" saytına daxil olmaqla "onlayn" qaydada, həmçinin Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassalarına yaxınlaşmaqla əldə edə bilərlər.

5 yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. 5 yaşından 10 yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50%-i ödənilir.

Sərnişinlərin istəyinə uyğun olaraq beş yaşınadək uşaqlar üçün də bileti yarı qiymətinə əldə etmək mümkündür.

Sərnişinlərin rahatlığı üçün müasir standartlara cavab verən geniş salonlu və rahat oturacaqlı avtobuslar fəaliyyət göstərəcək. Eyni zamanda, sərnişinlərin yol boyu çay və kofe ilə təmin olunması nəzərdə tutulub.

Xəbər lenti
0