BAKI, 28 may — Sputnik. Mayın 29-da Bakıda bəzi marşrut xətləri üzrə avtobusların hərəkət istiqaməti və son dayanacaq məntəqəsi müvəqqəti olaraq dəyişdiriləcək.
Bu barədə Sputnik Azərbaycan Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Məlumata görə, 44, 30, 49, 33, 52, 96, 106, 113, 191 və 213 saylı marşrutların son dayanacağı dəyişdirilib.
Bundan əlavə, 1, 65, 79, 2, 14, 7A, 11, 12, 15, 36, 62 və 70 saylı marşrutların isə hərəkət istiqaməti dəyişdirilib.