Математика - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Gündə bir xurma: faydaları və zərərləri

Abunə olmaq
Sputnik Azərbaycan-ın infoqrafikasında xurmanın faydaları və zərərləri barədə hər bir kəsin bilməsi lazım gələn məlumatlar əksini tapıb

Öz xoş dadı ilə yanaşı xurmanın insan orqanizminə çoxlu faydaları var. Onun bir sıra faydaları barədə Sputnik Azərbaycan-ın infoqrafikasında ətraflı məlumat verilib.

Xurma ağacı özünün xırda, yumşaq və şirin meyvələri ilə əsrlər boyu Yaxın Şərq və Şimali Afrika sakinlərinin əsas qida mənbəyi olub. Onun adı Quran və Bibliyada da çəkilib. Xurma Ramazan ayında xüsusilə ən çox tələb olunan meyvədir. Adətən Ramazanda oruc tutan insanlar iftara onunla başlayırlar. İslam peyğəmbəri Məhəmməd müsəlmanlara faydalı olduğu üçün gündə bir xurma yeməyi tövsiyə edib.

Bütün dünyaya yayılan xurma bir çox insanın sevimli meyvəsi və çərəzidir. Öz faydalı tərkibinə görə onunla rəqabətə az sayda meyvə girə bilər.

Sputnik Azərbaycan-ın infoqrafikasında xurmanın orqanizmə faydaları ilə yanaşı potensial əks-göstərişləri haqqında da məlumat verilib.

Xəbər lenti
0