BAKI, 27 may — Sputnik. Türkiyənin İstanbul şəhərinin Kadıköy rayonunda üçmərtəbəli binada baş verən yanğın nəticəsində ölən və yaralanlar var.
Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, yanğın nəticəsində 2 nəfər ölüb, 4 nəfər isə yaralanıb. Baş verən yanğın ətrafdakı 3 binaya da keçib.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili tibbi yardım cəlb edilib, binalarda qalan sakinlər təxliyə edilib. Yanğın söndürülüb.
Yanğının başladığı boş binanın kağız yığan adamları tərəfindən anbar olaraq istifadə etdiyi irəli sürülüb.