BAKI, 27 may — Sputnik. Mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.
Bu barədə dövlət başçısının rəsmi saytında xəbər verilir.
Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rəsmi qəbulda iştirak ediblər.