BAKI, 27 may — Sputnik. Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində ucaldılmış abidəni Respublika Günü münasibətilə ziyarət edib.
Sputnik Azərbaycan xəbər verir ki, abidənin ətrafında fəxri qarovul dəstəsi düzülüb.
© Official website of President of Azerbaijan Republicİlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib
![Prezident AXC-nin şərəfinə ucaldılan abidəni ziyarət edib Prezident AXC-nin şərəfinə ucaldılan abidəni ziyarət edib - Sputnik Azərbaycan](https://cdnn1.img.sputnik.az/img/42053/42/420534277_0:0:1340:895_600x0_80_0_0_795086dc472e21595e0f04b43d152a56.jpg)
İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib
Dövlət başçısı abidənin önünə əklil qoyub.
Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.