CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəhid vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi davam edir

© Sputnik / Murad OrujovMaliyyə hesabatı, arxiv şəkli
Maliyyə hesabatı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bununla da şəhid vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı artıq 80 faizə qədər icra olunub.

BAKI, 27 may — Sputnik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanının icrası olaraq, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı işləri davam edir.

Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, bu günədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiyanın iclaslarında qəbul edilmiş bütün qərarlar üzrə vərəsələr birdəfəlik ödənişlə təmin olunublar.

İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib - Sputnik Azərbaycan
Prezidentdən şəhid ailələrini sevindirəcək sözlər

Komissiyanın növbəti iclasında daha 1088 şəhid üzrə 1787 vərəsəyə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edilib ki, həmin vərəsələrin siyahısı da birdəfəlik ödənişin həyata keçirilməsi üçün aidiyyəti quruma göndərilib. 7 iş günü ərzində birdəfəlik ödəmələr onların bank hesablarına köçürüləcək.

Birdəfəlik ödəmə hesablarına köçürüldükdən sonra bu barədə vərəsələrin sənədlərini notariat orqanlarına təqdim edərkən qeyd etdikləri telefon nömrələrinə elektron qaydada ismarıcla rəsmi bildiriş göndəriləcək.

Ümumilikdə 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Onlardan 9785 şəhidin 14481 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edilib.

Bununla da şəhid vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı artıq 80 faizə qədər icra olunub.

Xəbər lenti
0