“Azərbaycan manatının məzənnəsinin sabitliyi üçün bu gün ölkədə bütün makroiqtisadi əsaslar qüvvədədir və narahatlıq üçün amil yoxdur”. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankı sədrinin I müavini Alim Quliyev deyib.
İqtisadçı-ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, makro-iqtisadi göstəricilərin səviyyəsi və manatın məzənnəsinin sabitliyi Azərbaycanda fəaliyyət göstərən banklara vətəndaşlarda inam yaradır:
“Növbəti dövr üçün də manatın məznnəsinin sabit olacağı proqnozlaşdırılır. Bu da banklara inamın artmasına səbəb olacaq. Həmçinin, 2015-ci ildə baş vermiş devalvasiyadan sonra yaranmış problemlərin həlli istiqamətində atılan addımlar vətəndaşların inamının artırılması üçün münbit şərait yaradacaq”.
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz