SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ABŞ-la Çin arasında qarşıdurma Azərbaycana sərf edir

© REUTERS / Damir SagoljABŞ və Çin bayraqları
ABŞ və Çin bayraqları - Sputnik Azərbaycan
Abunə olmaq
Belaruslu ekspert Azərbaycanın ABŞ-la Çinin qarşıdurmasından necə faydalana biləcəyini izah edib

Aleksandra Zuyeva, Sputnik Azərbaycan 

BAKI, 27 may — Sputnik. Postsovet ölkələri, o cümlədən Azərbaycan Qərbin Çinə təzyiqindən faydalana biləcək. Bunu Sputnik Azərbaycan-a Pekin İctimai Elmlər Akademiyasının Beynəlxalq Münasibətlərin Öyrənilməsi İnstitutunun və sonar2050.org (Belarus) media portalının eksperti Dmitri Belyakov bildirib.  

İqtisadçı-ekspert Fuad İbrahimov - Sputnik Azərbaycan
Ekspert Azərbaycan-Çin əlaqələrinin perspektivlərini şərh edir

Amerikanın Project Syndicate nəşri Çinlə ABŞ arasında soyuq müharibənin başlanmasının real olduğuna əminlik ifadə edən material yayımlayıb. Burada qeyd olunur ki, onun qlobal nəticələri ABŞ-la SSRİ arasındakı soyuq müharibənin nəticələrindən daha ciddi ola bilər: dünyanı aralarında uyğunsuzluğun olduğu iki iqtisadi bloka parçalanma gözləyir və hər kəs öz seçimini etməlidir. 

Çinlə ABŞ arasında iqtisadi əlaqələrin kəskinləşdiyi aydındır. Belyakovun fikrincə, hazırda belə vəziyyət hər iki ölkəyə sərf edir, çünki bu, ABŞ prezidenti Donald Trump və Çinin sədri Si Tsinpin öz ölkələrinin daxili məsələlərini həll etməsinə imkan verir. O, xatırladıb ki, Çin ictimaiyyəti monolit deyil, orada müxtəlif klan qruplaşmaları mövcuddur. Həmçinin Çinin ABŞ-la dost olmasını dəstəkləyən qruplar da var. 

Ekspertin fikrincə, arxasında Si Tsinpinin dayandığı bu qruplara görə, sözsüz ki, ABŞ-la olan qarşıdurma zamanı öz simasını itirmək və hansısa şəraitdə güzəştə getmək olmaz. Çünki amerikalılar danışıqlar aparmır və qarşısındakına manevr etməyə imkan verməyərək öz iradəsini təlqin edir. 

"Çin artıq mümkün olduğu qədər məsələləri dinc yolla həll etməyə cəhd göstərib. O, Qərb şirkətlərinin maraqlarını nəzərə alan siyasət yürütməyə başlayıb. Amma Amerika tərəfi bütün bunlara baxmayaraq, təzyiqi daha da artırmağı davam etdirir. Nəticə etibarilə, Çin müəyyən vaxtdan sonra bu siyasətindən imtina edəcək" - deyə Belyakov qeyd edib. 

Natiq Cəfərli  - Sputnik Azərbaycan
Ekspert: “ABŞ-Çin ticarət müharibəsi dünya iqtisadiyyatına ziyan vura bilər”

Sputnik Azərbaycan-ın həmsöhbətinin fikrincə, Çin ABŞ-la kəskin münaqişəyə girmək istəmir və maksimal dərəcədə bu mərhələnin gəlməsindən çəkinir. Lakin həmin mərhələ gec-tez gələcək və bu, üçüncü ölkələr vasitəsilə baş verəcək. Bu proses Afrikadan və Ərəbistan yarımadasından logistika yolları vasitəsilə daxil olan resurslara da öz ciddi təsirini göstərəcək.

Belyakovun sözlərinə görə, bununla əlaqədar olaraq, Çin rəhbərliyinin gözü daha çox Avropa İttifaqı və Mərkəzi Asiya ölkələrini, həmçinin əlverişli logistika yollarının üstündə yerləşən, iki qitə arasında körpü olan zəngin Azərbaycanı axtaracaq. 

"İndi ABŞ və Avropanın ABŞ-la qarşıdurma sistemi yeni şəkil almağa başlayır. Onların arasında qarşıdurma kəskinləşəcək, Çinə təzyiq artacaq. Postsovet ölkələri isə bundan öz xeyirlərinə faydalana bilər" - deyən ekspert hesab edir ki, bu zaman milli maraqları nəzərə almaq və savadlı təkliflər etmək lazımdır.

Xəbər lenti
0