“Bizim xalq və dövlət olaraq varlığımız Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlıdır”. Bunu Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi deyib.
“Cümhuriyyətə Azərbaycan adı verilməsində Məhəmməd Əmin Rəsulzadənin böyük rolu var idi. Bütün İran dövləti və mətbuatı bu ada etiraz edirdi. Rəsulzadə onların qarşısında dayanmağı bacardı. Dövlətin bu adla yaradılması xalqın varlığını sübut etdi. Bu adın verilməsi böyük tarixi hadisə idi. Cümhuriyyət yaradılması səbəbi ilə Azərbaycan Sovet Sosialist Respublikası suveren dövlət kimi mövcud oldu. Müstəqilliyimizin yenidən qazanılması ilə AXC-nin həqiqi varisləri olduğumuzu sübut etdik” - deyə o bildirib.
Qeyd edək ki, 1918-ci il mayın 28-də müsəlman Şərqinin ilk demokratik müsəlman dövləti - Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb.