CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gömrükdən oğurluq avtomobil keçirmək istədilər

© AP Photo / David ZalubowskiLexus LX 570
Lexus LX 570 - Sputnik Azərbaycan
Abunə olmaq
Kompüter müayinəsindən sonra həmin nəqliyyat vasitəsinin ban nömrəsinin qeyri istehsalçı müdaxiləsi nəticəsində silindiyi, avtomobilə məxsus qanuni ban nömrənin "JTJHY00W204024709" olduğu müəyyən edilib

BAKI, 27 may — Sputnik. Sənədlərdən və gömrük eyniləşdirmə vasitələrindən aldatma yolu ilə istifadə edərək xarici ölkələrdən Azərbaycan Respublikasının ərazisinə nəqliyyat vasitələrinin gətirilməsi və satışının təşkil edilməsi barədə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə əməliyyat məlumatı daxil olub.

© © DGK-nin mətbuat xidməti"Lexus LX 570" markalı avtomobil
Gömrükdən oğurluq avtomobil keçirmək istədilər - Sputnik Azərbaycan
"Lexus LX 570" markalı avtomobil

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

© © DGK-nin mətbuat xidməti"Lexus LX 570" markalı avtomobil
Gömrükdən oğurluq avtomobil keçirmək istədilər - Sputnik Azərbaycan
"Lexus LX 570" markalı avtomobil

Qeyd edilib ki, gömrük rəsmiləşdirilməsi həyata keçirilərkən, 2009-cu il buraxılışlı, şassi nömrəsi "JTJHY00W104040870" olan "Lexus LX 570" markalı avtonəqliyyat vasitəsinin üzərindəki metal lövhə və ban nömrəsinin kustar üsulla vurulması şübhə doğurduğu üçün "Lexus Bakı Mərkəzi" MMC-ə məktubla müraciət edilib. Yoxlama zamanı "Lexus LX 570" markalı avtonəqliyyat vasitəsinin beynəlxalq axtarışda olduğu, kompüter müayinəsindən sonra həmin nəqliyyat vasitəsinin ban nömrəsinin qeyri istehsalçı müdaxiləsi nəticəsində silindiyi, avtomobilə məxsus qanuni ban nömrənin "JTJHY00W204024709" olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0