CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zaqatalada evi ildırım vuraraq yandırıb

CC0 / Oimheidi / Flashİldırım çaxması, arxiv şəkli
İldırım çaxması, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Təbiət hadisəsi zamanı ailə üzvləri evdə olub

BAKI, 26 may - Sputnik. Zaqatala rayonunda yaşayış evini ildırım vurub.

"Report"un məlumatına görə, Aşağı Tala kənd sakini Ramazan Şabanova məxsus ikimərtəbəli fərdi yaşayış evi ildırım vurması nəticəsində yanıb.

Hadisə yerinə FHN-in Zaqatala rayon DYMH-nin yanğınsöndürən maşınları və şəxsi heyəti cəlb olunub.Yanğın nəticəsində evin ikinci mərtəbəsində tavan hissəsi 12 kv/m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Təbiət hadisəsi zamanı ailə üzvləri evdə olub. Xəsarət alan olmayıb.

Xəbər lenti
0