CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sumqayıtın sabiq icra başçısı dünyasını dəyişib

© Sputnik / Murad OrujovВъезд в город Сумгайыт
Въезд в город Сумгайыт  - Sputnik Azərbaycan
Abunə olmaq
Təvəkkül Məmmədov 2000-2003-cü illərdə isə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı işləyib

BAKI, 26 may - Sputnik. Sumqayıt şəhərinin sabiq icra başçısı vəfat edib.

ONA-nın məlumatına görə, Sumqayıt şəhər İcra Hakimiyyətinin sabiq icra başçısı Təvəkkül Yaqub oğlu Məmmədov 79 yaşında dünyasını  dəyişib. T.Məmmədov uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.

Qeyd edək ki, T.Məmmədov 1940-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yarımça kəndində anadan olub. Azərbaycan Neft və Kimya İnstitunu və Ali partiya məktəbini bitirib. Bakıda "Zaqfederasiya” gəmi təmiri zavodunda işləyib. Sumqayıt Polimer tikinti materialları kombinatında növbə rəisliyindən direktor vəzifəsinə kimi yüksəlib.

1976-cı ildən 1981-ci ilədək kombinata rəhbərlik edən T.Məmmədov 1981-ci ildə Sumqayıt şəhər İcraiyyə Komitəsinin sədrinin birinci müavini vəzifəsinə irəli çəkilib. 1982-ci ilin iyun ayında İcraiyyə Komitəsinin sədri seçilib. Bu vəzifədə 1988-ci ilədək çalışıb. Sonra 3 saylı evtikmə kombinatının və Məişət kimyası zavodunun direktoru olub. 1995-ci ildən 2000-ci ilə kimi "Azərkimya” Dövlət Şirkətinin birinci vitse-prezidenti işləyib. Dəfələrlə Sumqayıt şəhər sovetinin və Ali Sovetin deputatı olub.

2000-2003-cü illərdə isə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı işləyib.

Xəbər lenti
0