Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bu məhsullar çox yeməyə və çəkinin artmasına səbəb olur

© Sputnik / Vitaly AnkovМясная продукция, архивное фото
Мясная продукция, архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Əsaslı emal olunmuş məhsullar çox yeməyə və çəkinin artmasına gətirib çıxarır

BAKI, 26 may - Sputnik. Əsaslı emal olunmuş məhsullar çox yeməyə və çəkinin artmasına gətirib çıxarır.

Bu fakt eksperiment yolu ilə təsdiq edilib. İyirmi könüllü bir ay ərzində öz rasionuna və qidalanmasına nəzarət edib. Əsaslı emal olunmuş məhsullar yeyən könüllülər gün ərzində 508 kalori artıq qəbul ediblər. Bu da 1 kiloqram artıq çəkiyə bərabərdir.

Görünür, həmin məhsullar doyma və acma hissini tənzimləyən hormonlara təsir göstərib. Sağlam qida yeyiləndə az kalori qəbul edilsə də, acma hissini aradan qaldıran hormonların səviyyəsi artır. Bundan əlavə, acma hormonunun - qarelinin səviyyəsi düşür. Bu, əsaslı emal edilmiş məhsulların təhlükəli olduğunu əyani göstərən ilk tədqiqatdır.

Eksperiment çərçivəsində könüllülərin rasionu dəyişdirilib. Bununla belə, bütövlükdə yeməyə və kaloriyə heç bir məhdudiyyət qoyulmayıb. Lakin istər əsaslı emal edilmiş məhsullar yeyən əsas qrupun, istərsə adi məhsullar yeyən nəzarət qrupunun rasionları yağ, sellüloz və şəkərin miqdarına görə fərqlənməyib.

Xəbər lenti
0