BAKI, 25 may — Sputnik. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-İran gərginliyi haqqında jurnalistlərə açıqlama verib. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, o, ABŞ rəhbərliyinin İrana qarşı "terrora dəstək verir" iddialarına münasibət bildirib.
"İran xalqına qarşı bir neçə dəfə təkrarlanan bu fikirlər, sadəcə Trampın özünə yaraşır. - Zərif bildirib.
"İran Trampın sonunu görəcək, Tramp isə bunu heç vaxt görməyəcək. İran dövləti min ildir mövcuddur. Yeni yaranmış bir ölkə İran haqqında bu cür fikirlər səsləndirə bilməz" - nazir əlavə edib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp "Twitter" səhifəsində "İran müharibə etmək istəyirsə, bu, İranın sonu olacaq" deyə paylaşım edib.