Azərbaycan ərazisində mövsümə uyğun olmayan hadisə baş verib

Abunə olmaq
Şiddətli göy gurultusu ilə müşahidə olunan leysan yağışı yağıb, dolu düşüb

BAKI, 25 may — Sputnik. Azərbaycanda faktiki hava şəraiti açıqlanıb. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına istinadən xəbər verir ki, mayın 24-ü gündüz qərb rayonlarında, 25-i gecə və səhər isə bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb, Daşkəsən-Gədəbəy zonasında intensiv olub, dolu düşüb.

Zaqatala rayonunda təbii fəlakətin fəsadları - Sputnik Azərbaycan
HADİSƏ
Zaqatalada ətraf yerlə yeksan olub

Düşən yağıntının miqdarı Çaykənddə (Göygöl) 21 mm, Daşkəsəndə 20 mm (aylıq normanın 20%-i), Gədəbəydə 19 mm (aylıq normanın 17%-i), Tərtərdə 17 mm (aylıq normanın 33%-i), Ağdərədə (Ordubad) 12 mm, Göygöldə 9 mm, Astarada 7 mm, Balakəndə 6 mm, Beyləqan, İmişli, Sarıbaş (Qax), Gəncədə 5 mm, Kürdəmirdə 4 mm, Cəfərxan, Ceyrançöl, Zaqatala, Naftalanda 3 mm, Bərdə, Mingəçevir, Göyçay, Zərdab, Neftçala, Ağstafa, Şəmkir, Tovuzda 2 mm, Şərur, Yevlax, Sabirabad, Salyan, Qazıməmməd, Biləsuvar, Ağsu, Kişçayda (Şəki) 1 mm olub.

Tərtər rayonu ərazisində saat 17:55-dən 18:40-dək 45 dəqiqə ərzində şiddətli göy gurultusu ilə müşahidə olunan leysan yağışı yağıb, Yuxarı Ağcakənd ərazisində saat 16:17-dən 16:19-dək 2 dəqiqə ərzində diametri 13 mm, Daşkəsəndə saat 17:04 radələrində diametri 16 mm dolu düşüb.

Xəbər lenti
0