Əflatun Amaşov: “Sputnik Azərbaycan peşakarlıq nümayiş etdirir”
Sputnik Azərbaycan-ın fəaliyyətə başlamasından 4 il keçir.
Bununla bağlı Sputnik Azərbaycan-a danışan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov agentliyin Azərbaycan mediasındakı fəaliyyətindən danışıb:
“Sputnik Azərbaycan-ın fəaliyyətə başlamasından sonra Azərbaycan haqqında həqiqətlər həm Rusiya mediasında, həm də digər ölkələrdə geniş yayıldı. Agentlik bu gün də peşakarlıq nümayiş etdirir. Azərbaycanla bağlı yayılan yanlış informasiyaların təkzib olunmasında, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına töhfəsini verir. Əminəm ki, bundan sonra da Azərbaycan media ailəsində ən önəmli yerlərdən birini Sputnik Azərbaycan tutacaq”.
Əflatun Amaşovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz