CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ulduzlar Sputnik Azərbaycan-ı təbrik etdilər

© Sputnik / Murad OrujovSputnik Azərbaycan-ın ofisi
Sputnik Azərbaycan-ın ofisi - Sputnik Azərbaycan
Abunə olmaq
Məşhurlar Sputnik Azərbaycanı öz oxucularına etibarlı informasiyaları peşəkar səviyyədə çatdırdığına görə sevirlər.

BAKI, 25 may — Sputnik. "Sputnik Azərbaycan vicdanlı və keyfiyyətli işi ilə həmkarlarının layiqli hörmətini, oxucuların etimadını, kütləvi informasiya vasitələri arasında etibarlılıq və peşəkarlıq imici qazanıb".

Bunu Xalq artisti Flora Kərimova Sputnik Azərbaycan-ı dörd illiyi münasibətilə təbrik edərkən deyib.

© Sputnik / Murad OrujovFlora Kərimova
Ulduzlar Sputnik Azərbaycan-ı təbrik etdilər - Sputnik Azərbaycan
Flora Kərimova

Onun sözlərinə görə, agentliyin kollektivi daim öz peşəkarlıq səviyyəsinin yüksəlməsi üzərində işləyir, layihələr həyata keçirir və obyektivliyi ilə fərqlənir.

"Sputnik Аzərbaycan mənim sevimli xəbər portallarım arasındadır. Mən həmişə onu izləyirəm və ölkəmizdə baş verən bir çox yeniliklərdən xəbər tuturam. Kollektivə peşəkar ustalıq səviyyəsini həmişə yüksəkdə saxlamağı, yaxşı ənənələri qorumağı və inkişaf etdirməyi, nailiyyətlər, tərəqqi, yaratmaq həvəsi və yaradıcılıq uğurları arzulayıram!"- deyə Kərimova bildirib.

© Photo : APAFaiq Ağayev
Ulduzlar Sputnik Azərbaycan-ı təbrik etdilər - Sputnik Azərbaycan
Faiq Ağayev

Xalq artisti Faiq Ağayev də Sputnik Azərbaycan-ı ad günü münasibətilə təbrik edib, uğurlar, yaxşı məqalələr, hər zaman maraqlı və orijinal olmağı arzulayıb.

© Sputnik / Murad OrujovMurad Dadaşov
Ulduzlar Sputnik Azərbaycan-ı təbrik etdilər - Sputnik Azərbaycan
Murad Dadaşov

Azərbaycanın Əməkdar artisti Murad Dadaşov bildirib ki, Sputnik Azərbaycan-ın sayəsində nəinki ölkəmiz, digər respublikalar haqqında da yaxşı məlumatlardan xəbər tutur.

"Bununla yanaşı, bu gün Sputnik Azərbaycan müxtəlif sahələrdə maraqlı layihələr həyata keçirən, çoxlu yeni şeylər öyrənmək imkanları yaradan və təcrübə mübadiləsi edən xəbər agentliyidir. Müasir dünyada ictimaiyyət xəbərlərə həssasdır. Bununla belə, feyk informasiyalar da həddindən artıq çoxdur. Sputnik Azərbaycan isə öz oxucularına yalnız etibarlı informasiyaları çatdırır. Bu, istənilən agentlik üçün ən vacibidir və bir daha təsdiqləyir ki, orada yalnız peşəkarlar işləyir. Bütün kollektivə uğurlar arzulayıram", - deyə Dadaşov əlavə edib.

© Sputnik / Murad OrujovDiana Hacıyeva
Ulduzlar Sputnik Azərbaycan-ı təbrik etdilər - Sputnik Azərbaycan
Diana Hacıyeva

"Avroviziya-2017" beynəlxalq musiqi yarışında Azərbaycanı təmsil edən Diana Hacıyeva hesab edir ki, Sputnik Azərbaycan həqiqətən də keyfiyyətli xəbər verən az sayda informasiya portallarından biridir. Ən əsası isə onu peşəkar səviyyədə edir. Onun sözlərinə görə, portal indiyədək digər KİV-lərin toxunmadığı çox sayda mövzulara toxunub.

"Sputnik həmişə gənc artistləri dəstəkləyir, Azərbaycanda mövcud olan müxtəlif altmədəniyyətlərin gözəlliklərini açıb göstərir. Agentliyə böyük yaradıcılıq uğurları arzulayıram. Qoy sizin kollektiviniz mənim Multimedia Mərkəzinizdə mətbuat konfransı keçirərkən gördüyüm kimi qalsın. Mən orada kollektivinizin mehribanlığına və təbəssümünə valeh olmuşdum. Dayanmayın, bu istiqamətdə də davam edin" - Hacıyeva deyib.

Xəbər lenti
0