CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sputnik Azərbaycan yaşından daha çox iş görən peşəkar bir agentlikdir

© Sputnik / Murad OrujovОфис Sputnik Azərbaycan
Офис Sputnik Azərbaycan - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət qurumlarının mətbuat xidmətləri, eləcə də ictimaiyyətin tanınmış nümayəndələri Sputnik Azərbaycan-a təbriklərini ünvanlayıblar

BAKI, 25 may — Sputnik. "Sputnik Azərbaycan" Beynəlxalq İnformasiya Agentliyi və Radiosu bütün dövlət qurumları, həmçinin ictimaiyyətin nümayəndələri ilə davamlı əlaqə saxlayaraq oxuculara vacib informasiyaları çatdırır. Bu işdə əlbəttə ki, sözügedən qurumların mətbuat xidmətlərinin, ictimaiyyətlə əlaqələr üzrə şöbələrin rolu əvəzsizdir. Bu gün "Sputnik Azərbaycan" fəaliyyətə başlamasının (25 may, 2015-ci il) dördüncü ildönümünü qeyd edir. Bu münasibətlə dövlət qurumlarının mətbuat xidmətlərindən, eləcə də ictimaiyyətin tanınmış nümayəndələrindən Sputnik Azərbaycan-a təbriklər gəlməkdə davam edir.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov agentliyə təbrik ünvanlayıb: "Sputnik Azərbaycan-ı dörd yaşı münasibətilə təbrik edirik. Arzu edirik ki, xəbərləri hazırlayarkən hər zaman olduğu kimi dəqiqlik, qərəzsizlik və vicdanlılıq prinsipinə əməl olunsun".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova "Sputnik Azərbaycan"ın qısa zamanda Azərbaycanın media məkanında xüsusi yeri tutduğunu qeyd edib. "İlk gündən özünə xeyli oxucu kütləsi toplamış sputnik.az saytının peşəkar və mehriban kollektivini 4 yaşı münasibətilə təbrik edir, ekologiya və ətraf mühitin mühafizəsi sahəsində nazirlik tərəfindən həyata keçirilən layihələrin, görülən işlərin ictimaiyyətə çatdırılması sahəsindəki xidmətlərini yüksək qiymətləndiririk. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi adından Sputnik Azərbaycan-a gələcək işlərində uğurlar arzulayırıq" - deyə ETSN-in nümayəndəsi bildirib. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov isə arzularını belə ifadə edib: "Öz peşə sahəsinə yaradıcı münasibəti ilə seçilən istedadlı həmkarlarımızın çalışdığı Sputnik.az saytının ad günü münasibəti ilə onun bütün kollektivini ürəkdən təbrik edirəm! Sputnik Azərbaycan qısa müddətdə Azərbaycan media məkanında öz layiqli yerini tutub. Ölkə və dünya gündəmini dolğun şəkildə əhatə etməsi nəticəsində öz izləyici auditoriyasını da daim genişləndirir. Bu media orqanı müxtəlif sahələrdə, o cümlədən sosial sahədə aparılan islahatlar barədə obyektiv informasiya təminatında öz sözünü deyir. Həmkarlarımızı bir daha təbrik edir, şəxsi həyatlarında və peşə fəaliyyətlərində onlara yeni-yeni uğurlar arzulayıram!"

Azərbaycan Qida Təhülkəsizliyi Agentliyinin mətbuat katibi Aysel Fərziyeva da təbriklərə qoşulub. O, Sputnik Azərbaycan-ın hər zaman Qida Təhlükəsizliyi Agentliyinin də yaxından əməkdaşlıq etdiyi mətbuat orqanlarından biri olduğunu vurğulayıb. "Əhalinin qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsində böyük rolunuz var. Buna görə sizə xüsusi təşəkkür edirəm və uğurlarınızın davamını arzulayıram. Ad gününüz mübarək!" - Fərziyeva deyib. 

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova Sputnik Azərbaycan-ın kollektivinə uğurlar arzulayıb: "Sputnik Azərbaycan fəal işləyən agentlik olaraq informasiyanı ictimaiyyətə sadəcə ötürmür, onu daha maraqlı, kreativ və əhatəli şəkildə araşdıraraq oxucularına çatdırır. Sputnik Azərbaycan cəmi dörd yaşının olmasına baxmayaraq, yaşından daha çox iş görən peşəkar bir agentlikdir. Orada çox peşəkar, işinin öhdəsindən layiqincə gələn gənclər işləyir. Gənclər və İdman Nazirliyinin istər gənclər, istərsə də idman sahəsində böyük layihələri var. Biz çox istərdik ki, bu cür layihələrin agentlik vasitəsilə daha çox oxucuya çatdırılmasına imkan yaradasınız. Sizə çoxlu uğurlar arzulayırıq".

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov da təbrik edənlər sırasındadır: "Sputnik.az saytının əməkdaşlarını saytın 4 yaşının tamam olması münasibəti ilə ürəkdən təbrik edirik. Sizə yeni yaşınızda uğurlar arzu edirik. Ümid edirik ki, gələcək fəaliyyətiniz daha da gözəl olub ən yüksək zirvələri fəth edəcəksiniz. Uğurlarınız davamlı olsun!!!"

Dünya çempionatının bürünc mükafatçısı Fəridə Əzizova da Sputnik Azərbaycan ailəsini təbrik edib. Fəridə Əzizova qeyd edib ki, onun uğurlarının idmansevərlərə çatdırılmasında Sputnik Azərbaycanın əvəzsiz rolu var: "Mən Sputnik Azərbaycanı sevə-sevə oxuyuram. Çünki idman karyeramda hansı uğurlara imza atıramsa, Sputnik Azərbaycan qısa bir zamanda həmin xəbəri taekvondo fanatlarına çatdırır. Sputnik Azərbaycan idmana geniş yer verir, dəfələrlə müsahibələrim bu saytda dərc olunub. Dörd yaş üçün böyük işlər görən Sputnik Azərbaycan Agentliyinə gələn illərdə də sonsuz uğurlar arzulayıram".

Xəbər lenti
0