CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Politoloq: Sputnik Azərbaycanda işləyən jurnalistlər Azərbaycana bağlı insanlardır

© Sputnik / Murad OrujovAtlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu - Sputnik Azərbaycan
Abunə olmaq
Elxan Şahinoğlu: Rusiya agentliyinin işçiləri olmalarına baxmayaraq, burada fəaliyyət göstərən əməkdaşlar Azərbaycanın milli və təhlükəsizlik maraqlarını daim ön planda tuturlar.

BAKI, 25 may - Sputnik. Sputnik Azərbaycan agentliyi cəmi 4 il əvvəl yaranmasına baxmayaraq, Azərbaycan media məkanında özünəməxsus yer tutub, orada fəaliyyət göstərən jurnalistlər də Azərbaycana bağlı insanlardır.

Bunu Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-ın yaranmasının 4-cü oldönümünə münasibət bildirərkən deyib.  

"Rusiya agentliyinin işçiləri olmalarına baxmayaraq, burada fəaliyyət göstərən əməkdaşlar Azərbaycanın milli və təhlükəsizlik maraqlarını daim ön planda tuturlar. Qarabağ məsələsi, qonşu ölkələrə münasibətlər məsələsində mən orada fəaliyyət göstərən əməkdaşların ortaya prinsipial mövqe qoyduğunu görürəm. Düşünürəm ki, kollektiv uğurlu fəaliyyət göstərir. Mən bu uğurların davam etdirilməsini arzulayıram" - deyə politoloq bildirib. 

Şahinoğlu deyib ki, "Sputnik"in böyük bir şəbəkə olduğunu nəzərə alaraq, onun Azərbaycan həqiqətlərini Rusiyaya və dünyaya doğru-dürüst çatdırmaq funksiyasını uğurla davam etdirməsini arzulayır:

"Etiraf edək ki, erməni lobbisi həm Rusiyada, həm də dünyanın bir sıra ölkələrində olduqca güclüdür və bir çox hallarda Azərbaycanla bağlı ətrafa yalan və dezinformasiyalar yayır. Bu yalan və dezinformasiyanın yayılmasının qarşısının alınmasında düşünürəm ki, Sputnik Azərbaycan Agentliyinin üzərinə böyük məsuliyyət düşür".

Politoloq Arzu Nağıyev də Sputnik Azərbaycan-ı 4 yaşı münasibətilə təbrik edib. Vurğulayıb ki, 4 yaş media məkanı üçün elə böyük zaman olmasa da, Sputnik Azərbaycan bu məkanda özünəməxsus yer tutur.

"İki dildə və müxtəlif mövzularda hazırlanan məlumatlar, oxucuya təqdim olunan materiallar özünün auditoriyasını tapıb. Agentliyin kollektivi də öz peşəkarlığı ilə seçilir. Orada işləyən bütün jurnalistlərə təbriklərimi çatdırıram. Düşünürəm ki, bundan sonra da Sputnik inkişaf yolu tutacaq və yeni-yeni nailiyyətlər qazanaraq çoxlu yubileylərini qeyd edəcək" - deyə politoloq əlavə edib. 

Xəbər lenti
0