BAKI, 24 may — Sputnik. Marsa uçmaq üçün ABŞ Milli Kosmik Agentliyinə (NASA) ən çox müraciət edilən ölkələr sırasında Türkiyə birinci yerdə qərarlaşıb. Sputnik Azərbaycan bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
"Adını Marsa göndər" layihəsi üçün ən çox müraciət edən ölkə Türkiyə vətəndaşları olub. Belə ki, layihənin başladığı müddətdən bu günədək Türkiyədən 408 min 958 müraciət daxil olub.
Türkiyədən sonrakı yerdə isə ABŞ və Hindistan qərarlaşıb. İlk onluqda Meksika, Səudiyyə Ərəbistanı, Çin, Braziliya, Britaniyanın da adı var.