Hacı Şahin Həsənli: “Bilmədən yemək və ya içmək orucu pozmur”
“İnsanın oruc tutmasına həkim tərəfindən icazə verilmirsə və yaxud da səfərə gedirsə, belə halda orucun tutulmaması üzrlü səbəb sayılır”. Bunu Sputnik Azərbaycan-a Ramazan orucu haqqında danışarkən ilahiyyatçı Hacı Şahin Həsənli deyib.
“Üzrlü səbəbdən orucun tutulmadığı hallar mövcuddur. Üzrlü səbəbdən tutulmayan orucların qəzası 1 gün əvəzinə 1 gün olmaqla tutula bilər. Əgər oruc üzrsüz səbəbdən pozulursa, həmin şəxslər 60 gün oruc tutmalı, ya da 60 ehtiyyacı olan şəxsi yeməklə təmin etməlidir. Oruclu olduğu halda bilmədən yemək və ya içmək orucu pozmur” - deyə ilahiyyatçı bildirir.
İlahiyyatçının geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz