SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Millət vəkilləri yeni prezidentdən Konstitusiya məhkəməsinə şikayət etdilər

© AP Photo / Efrem LukatskyUkrayna prezidenti Vladimir Zelenski
Ukrayna prezidenti Vladimir Zelenski - Sputnik Azərbaycan
Abunə olmaq
Beş gün ərzində hakim sonrakı tədbirlər haqqında qətnamə çıxaracaq

 

BAKI, 24 may — Sputnik. Ukrayna Ali Radasının deputatları ölkə prezidenti Vladimir Zelenskinin qərarından Konstitusiya məhkəməsinə şikayət ediblər. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.

Məhkəməyə "Ukraynanın Ali Radasının səlahiyyətlərinin vaxtından əvvəl dayandırması və növbədən xaric seçkilərin təyinatı Haqqında" sərəncamın qeyri-qanuni və etibarsız elan olunması haqqında ərizə daxil olub.

Ümumilikdə 62 deputatın Konstitusiyaya məhkəməsinə müraciət etdiyi bildirilir.

Ərizənin təqdim edildiyi andan etibarən 5 gün ərzində hakim sonrakı tədbirlər haqqında qətnamə çıxarmalıdır.

Qeyd edək ki, ötən gün Ukrayna prezidenti Vladimir Zelenski tərəfindən imzalanmış Ali Radanın buraxılması haqqında qərar qüvvəyə minib. Ukraynada növbədənkənar parlament seçkiləri iyulun 21-inə təyin olunub.

Mayın 22-də isə Ukraynanın Ali Radası növbədənkənar iclas zamanı ölkə prezidenti Vladimir Zelenski tərəfindən təklif edilən seçkilər haqqında qərarı gündəliyə çıxarmaqdan imtina edib.

Sənədin nəzərdən keçirilməsinin lehinə 92 deputat səs verib. Sənədin gündəliyə çıxarılması üçün 226 səs lazım olub. Səsvermədən sonra parlamentin spikeri Andrey Parubuy iclası yekunlaşdırıb.

Ukrayna prezidentinin təklif etdiyi dəyişikliklərə görə, majoritar səsvermə sistemi ləğv olunmalı və parlamentə keçid üçün baryer 5 faizdən 3 faizə düşməli idi.

Xəbər lenti
0