Arzu Nağıyev: “Türkdilli dövlətlər dünyada baş verən proseslərə müdaxilə edə bilmirlər”
"Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) digər beynəlxalq təşkilatlarla münasibətləri inkişaf etdirməlidir". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Politoloq Arzu Nağıyev Sputnik Azərbaycan-a deyir ki, türkdilli dövlətlər bir təşkilatda birləşsə də, dünyada baş verən proseslərə müdaxilə edə bilmir:
“Bu ölkələr bir-birindən tam şəkildə yararlana bilmir. Türkdilli dövlətlər, eyni zamanda başqa ölkələrin təmsil olunduğu qruplarda aktivlik göstərir. Buna görə də ölkələrin bəzi məsələlərdə ortaq məxrəcə gəlməsində problemlər yaranır”.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz