BAKI, 23 may — Sputnik. Rusiya Daxili İşlər Nazirliyi sərxoş sürücülərin avtomobillərinin müsadirə olunmasını təklif edib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, mart və aprel aylarında Nazirlik müvafiq təklifi hökumətə göndərib.
Bundan əlavə, Rusiya DİN "yol hərəkətinin təhlükəsizliyi sahəsində ayrı-ayrı qanun pozuntularının törədilməsinə görə" cəzaların sərtləşdirilməsinə çağırıb.