Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 23 may - Sputnik. Quba rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. Sakinlərin Sputnik Azərbaycan-a verdiyi xəbərə görə, hadisə rayonun Cimi kəndi ərazisində qeydə alınıb.
3 yaşlı Yusif Abdullayevlə onun qohumu və həmyaşıdı Qızbikə Abdullayeva evlərindən 1 km aralıdakı çayın yanında oynayarkən suya düşüblər. Qızbikə Abdullayeva yaxınlıqdakı balıqçılar tərəfindən çaydan çıxarılaraq xilas olunub, Yusif Abdullayevi isə xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.