Prezident kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti barədə yeni qərar verdi

Abunə olmaq
Müvafiq qurumlara bundan irəli gələn tədbirlərin görülməsi tapşırılıb

BAKI, 23 may — Sputnik. Prezident İlham Əliyev "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2019-cu il 23 aprel tarixli 1565-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
Prezident DTX-nın və Xarici Kəşfiyyat xidmətinin şəxsi heyətini təbrik edib

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2019-cu il 23 aprel tarixli 1565-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti - Sputnik Azərbaycan
Prezident Xarici Kəşfiyyat Xidmətinin rəisini mükafatlandırıb

Qeyd edək ki, "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununda deyilir:

"Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 601; 2006, № 2, maddə 64, № 3, maddə 221; 2007, № 11, maddə 1078; 2008, № 8, maddə 710; 2010, № 3, maddə 172; 2014, № 7, maddə 763) 20.3-cü maddəsinə "tərxis olunan günə" sözlərindən sonra "(sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə)" sözləri əlavə edilsin.

Maddə 2. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 208, № 12, maddə 1019; 2007, № 12, maddə 1194; 2008, № 4, maddə 254, № 6, maddə 464, № 7, maddə 602, № 8, maddələr 699, 710; 2009, № 6, maddələr 395, 399, № 11, maddələr 877, 879; 2010, № 7, maddə 579; 2011, № 4, maddə 267, № 6, maddə 465, № 7, maddə 597, № 12, maddə 1109; 2012, № 11, maddələr 1037, 1044; 2013, № 3, maddə 223, № 5, maddə 485, № 6, maddələr 608, 614; 2015, № 5, maddə 494; 2017, № 5, maddə 676, № 7, maddə 1289, № 10, maddə 1776, № 12 (I kitab), maddə 2193; 2018, № 5, maddə 865, № 12 (I kitab), maddə 2504; Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1482-VQD nömrəli, 19 fevral tarixli 1515-VQD nömrəli qanunları) 1.0.5-ci maddəsinə "buraxıldığı günə" sözlərindən sonra "(sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə)" sözləri əlavə edilsin".

Xəbər lenti
0