SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bütün Gürcüstanın diqqəti Bakıda, Keşikçidağın taleyi həll olunur

© Sputnik / Ilham MustafayevAğstafa rayonu ərazisindəki "Keşikçidağ" mağaralar kompleksi
Ağstafa rayonu ərazisindəki Keşikçidağ mağaralar kompleksi - Sputnik Azərbaycan
Abunə olmaq
Komissiyanın Azərbaycan və Gürcüstan tərəfdən həmsədrləri - Xarici İşlər nazirlərinin müavinləri Xələf Xələfov və Laşa Darsalia arasında tanışlıq xarakterli görüş mayın 14-də Bakıda keçirilib

BAKI, 23 may — Sputnik. Bu gün Bakıda Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini Xələf Xələfov ilə Gürcüstan Xarici İşlər nazirinin müavini Laşa Darsaliyanın rəhbərliyi ilə Azərbaycan ilə Gürcüstan arasında dövlət sərhədlərinin delimitasiyası ilə bağlı Komissiyanın ilk iclası keçirilir.

Sputnik Azərbaycan xəbər verir ki, iclas iki gün davam edəcək.

Qeyd edək ki, Komissiyanın Azərbaycan və Gürcüstan tərəfdən həmsədrləri - Xarici İşlər nazirlərinin müavinləri Xələf Xələfov və Laşa Darsalia arasında tanışlıq xarakterli görüş mayın 14-də Bakıda keçirilib.

Xatırladaq ki, aprelin 25-i Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Keşikçidağ monastır kompleksinə girişin məhdudlaşdırılması barədə Gürcüstan mediasında məlumatın yayılmasına münasibət bildirib.

"Xatırlatmaq istərdim ki, Keşikçidağ (David Qareci) monastır kompleksi Azərbaycan-Gürcüstan dövlət sərhədinin keçdiyi təpələr sırası boyunca, təxminən, 25 kilometr məsafədə səpələnmiş bir çox tarixi, memarlıq və dini obyektlərdən ibarətdir və həmin kompleks təpələr sırası ilə iki hissəyə bölünür. Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası beynəlxalq təcrübədə tətbiq edilən qaydalara uyğun olaraq, qarşılıqlı əlaqələndirmə prosedurları əsasında mövcud ikitərəfli formatlar çərçivəsində həll olunur. Azərbaycan həmişə Azərbaycan-Gürcüstan sərhədinin tezliklə delimitasiya olunmasının tərəfdarı olub. Azərbaycan bu prosesi ən qısa müddət ərzində başa çatdırmağa hazırdır", - Abdullayeva vurğulayıb.

Xəbər lenti
0