"ABŞ-ın hərbi gəmilərinə tamamilə nəzarət edirik" – İranlı general

© AFP 2024 / HANDOUTABŞ-a məxsus USS Thunderbolt hərbi gəmisi Fars körfəzində
ABŞ-a məxsus USS Thunderbolt hərbi gəmisi Fars körfəzində - Sputnik Azərbaycan
Abunə olmaq
Fars körfəzində idarə olunan raket silahları ilə təchiz olunmuş "Arleigh Burke" sinfindən iki eskadrilya minadaşıyıcısı var

BAKI, 23 may — Sputnik. "İranın Silahlı Qüvvələri Birləşmiş Ştatların Yaxın Şərqdə olan hərbi gəmilərini, tamamilə, nəzarətdə saxlayır". Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçilər Korpusunun komandanın müavini Əli Fədəvi bildirib.

"Fars körfəzində olan hərbi gəmilər, tamamilə İran İslam İnqilabı Keşikçilər Korpusunun və ordunun nəzarətindədir. Narahat olmağa əsas yoxdur", - deyə iranlı general vurğulayıb. 

İranın xarici işlər naziri Cavad Zərif - Sputnik Azərbaycan
İrandan ABŞ-a xəbərdarlıq: Əvəzini ağır ödəyəcəksiniz

Qeyd edək ki, mayın əvvəlində Birləşmiş Ştatlar prezidenti Donald Tramp İrana qarşı neft sanksiyalarından istisnanı nəzərdə tutan qərarı uzatmaqdan imtina edib. Bu qərar İranın neft ixracını sıfıra endirməyə hədəflənib.

Ötən il Birləşmiş Ştatlar birtərəfli qaydada İranla bağlanan nüvə sazişindən çıxıb və yenidən rəsmi Tehrana qarşı sanksiyalar tətbiq edib. Lakin bir sıra ölkələrə - Çin, Hindistan, Yunanıstan, Yaponiya, Cənubi Koreya, Tayvan və Türkiyəyə qarşı müəyyən müddət üçün istisnalar tətbiq olunmuşdu.

İran isə neft ticarətinə maneələr yaradılacağı təqdirdə Fars körfəzini neft ticarəti üçün bağlayacağını bildirib.

Buna cavab olaraq isə ABŞ hərbi gəmiləri Fars körfəzinə daxil olub. Aviasiyadaşıyıcı zərbə qrupuna "Abraham Lincoln" gəmisi başçılıq edir. Körfəzdə hazırda idarə olunan raket silahları ilə təchiz olunmuş "Arleigh Burke" sinfindən iki eskadrilya minadaşıyıcısı var. BƏƏ sahilləri yaxınlığında universal desant gəmisi "Kearsarge" yerləşir.

Xəbər lenti
0