BAKI, 23 may - Sputnik. Səbail RPİ-nin Post-Patrul Xidməti və 9-cu Polis Bölməsinin əməkdaşları ərazidə xidmət apararkən qucağında uşaq olan bir qadının qəfil yıxıldığını görüb yaxınlaşaraq ona ilkin tibbi yardım göstəriblər. Bu barədə Sputnik Azərbaycan DİN-in Mətbuat Xidmətinə istinadən məlumat verir.
Polis əməkdaşları körpəni qucaqlarına alaraq sakitləşdirib, qadının ailə üzvlərini telefon vasitəsilə bu barədə məlumatlandırıblar. Təcili həmin əraziyə gələn qadının ailə üzvləri polis əməkdaşlarının köməkliyi ilə 2 saylı Poliklinikaya çatdırlıb.
Zərərçəkmiş və yaxınları polis əməkdaşlarının bu cəfakeşliyinə görə onlara öz minnətdərlıqlarını bildiriblər.