Moskvadan Zelenskiyə xəbərdarlıq: Böyük səhvdir

© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidRusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova - Sputnik Azərbaycan
Abunə olmaq
Zaxarova: “Ukrayna rəhbərliyinin aqressiv hərəkətləri pozitiv nəticələr verməyəcək, əksinə vəziyyəti ağırlaşdıracaq”

BAKI, 22 may — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova Ukraynanın yeni prezidenti Vladimir Zelenskinin Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi ilə bağlı ABŞ rəhbərliyinə etdiyi çağırışı şərh edib. Sputnik Azərbaycan xəbər verir ki, Zaxarova öz "Facebook" səhifəsində məsələyə reaksiya verib.

Zaxarovanın sözlərinə görə, Zelenskinin "əlavə məhdudlaşdırıcı tədbirlər" haqqında Birləşmiş Ştatlara müraciəti böyük səhvdir.

O, həmçinin əlavə edib ki, Ukrayna rəhbərliyinin aqressiv hərəkətləri pozitiv nəticələr verməyəcək, əksinə vəziyyəti ağırlaşdıracaq.

Qeyd edək ki, daha əvvəl Zelenski ABŞ-ı Rusiyaya qarşı sanksiyaları gücləndirməyə çağıraraq vurğulayıb ki, Ukrayna təkbaşına "Rusiya təcavüzünün" öhdəsindən gələ bilməyəcək.

Xəbər lenti
0