Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb

© Sputnik / Murad OrujovPolis əməkdaşı, arxiv şəkli
Polis əməkdaşı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Saxlanılanın üzərinə baxış zamanı bir ədəd bıçaq aşkar edilərək götürülüb

BAKI, 22 may — Sputnik. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt sakini N.Eynullayevə hədə-qorxu gələrək ondan pul tələb edən şəxs saxlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Здание Министерства внутренних дел Азербайджанской Республики - Sputnik Azərbaycan
CƏMİYYƏT
Hədə-qorxu yolu ilə 435 manat apardılar və tutuldular

Zərərçəkən ifadəsində Sərhad adlı şəxsin ondan 1200 manat istədiyini, verməyəcəyi təqdirdə isə onunla bərabər yaxın qohumlarına da zor tətbiq edəcəyini qeyd edib.

Baş İdarə əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində əvvəllər Rusiya Federasiyasında məhkum olunan Ağsu rayon sakini Sərhad Əliyev zərərçəkəndən hədə-qorxu ilə qeyd edilən məbləğdə pulu almaq istəyən zaman saxlanılıb. Onun üzərinə baxış zamanı bir ədəd bıçaq aşkar edilərək götürülüb. S.Əliyev ifadəsində etdiyi cinayəti etiraf edib.

Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 228.4 (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə cinayət işi başlanılıb.

S.Əliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Xəbər lenti
0