BAKI, 22 may — Sputnik. Bakının Binəqədi rayonunda pedofil saxlanılıb. Sputnik Azərbaycan oxu.az-a xəbər verir ki, bu barədə Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib.
Beşinci Polis Bölməsinin əməkdaşları 33 yaşlı Kürdəmir rayon sakini A.Əbilovu saxlayıb.
O, mayın 21-də axşam 20:00 radələrində 10 yaşlı oğlanı tovlayaraq, 3026-cı məhəllədə yerləşən şadlıq evinin arxasında zorlamaqda ittiham olunur.
Pedofili çevik polis alayının əməkdaşları şahidlərin köməyi ilə saxlayıb. Hazırda saxlanılan şəxsin başqa oxşar cinayətlər törədib-törətmədiyi araşdırılır.