SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq: “Zelenskinin verdiyi vədlər Ukraynanın daxili işidir”

© Sputnik / Murad OrujovFikrət Sadıxov – Qərbi Kaspi Universitetinin professoru
Fikrət Sadıxov – Qərbi Kaspi Universitetinin professoru - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Fikrət Sadıxov deyir ki, Zelenskinin hakimiyyəti dövründə Ukrayna-Azərbaycan münasibətləri yeni istiqamətlərdə inkişaf edəcək
Fikrət Sadıxov: “Ukrayna-Azərbaycan münasibətləri əvvəlki formatını qoruyub saxlayacaq”

“Ukraynaya kimin rəhbərlik etməsindən asılı olmayaraq, Ukrayna-Azərbaycan münasibətləri daim inkişaf edir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq Fikrət Sadıxov deyib.

Politoloq bildirib ki, iki ölkə münasibətləri yeni prezidentin hakimiyyəti dövründə də əvvəlki formatını qoruyub saxlayacaq:

“İnauqurasiya çıxışında Vladimir Zelenskinin verdiyi vədlər Ukraynanın daxili işidir. Biz Ukraynanın ərazi bütövlüyünü tanıyırıq, öz növbəsində Ukrayna da eyni bəyanatlarla Azərbaycana dəstəyini ifadə edib. Zelenskinin hakimiyyəti dövründə Ukrayna-Azərbaycan münasibətləri yeni istiqamətlərdə inkişaf edəcək”.

Qeyd edək ki, ötən gün Ukraynanın yeni Prezidenti Vladimir Zelenskinin inauqurasiya mərasimi keçirilib.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0