Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ziyad Səmədzadə: “İnvestisiya qoyuluşu 3 milyarddan çox artıb”

© Sputnik / Murad OrujovДепутатом Милли Меджлиса Зияд Самедзаде
Депутатом Милли Меджлиса Зияд Самедзаде - Sputnik Azərbaycan
Abunə olmaq
İnvestisiyanın 60-70 faizi daxili imkanlar hesabına qoyulub

BAKI, 21 may - Sputnik. “Azərbaycan iqtisadiyyatı dünyada baş verən təlatümlü hadisələrə baxmayaraq dinamik artım nümayiş etdirib. Ötən il 17,2 milyard manat ölkəyə investisiya qoyulub və bu da 2017-ci illə müqayisədə 3 milyard manata qədər çoxdur. İnvestisiyanın 60-70 faizi daxili imkanlar hesabına qoyulub”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “2018-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Рабочее место депутата парламента Азербайджана - Sputnik Azərbaycan
CƏMİYYƏT
Milli Məclisdə sərt tələb: “Büdcə talançıları qanun qarşısında cavab versinlər”

Komitənin bu gün keçirilən iclasında Ziyad Səmədzadə bildirib ki, 2018-ci il Azərbaycan üçün yadda qalan il olub: “Ötən il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilib və keçən ilin uğurları təqdirəlayiqdir. Vergi daxilolmalarında xeyli müsbət nəticələr əldə edilib.

Getdikcə maliyyə intizamı təkmilləşir və bu, cəmiyyətdə maliyyə sisteminin rolunun artmasını sübut edir”.

Qeyd edək ki, “2018-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə görə, 2017-ci il dövlət büdcəsinin gəlirləri 16 516 684 min manat, 2018-ci ildə isə bu rəqəm 5 992 185,7 min manat çox, yəni 22 508 869,7 min manat olub. 2017-ci il dövlət büdcəsinin xərcləri 17 594 748 min manat, 2018-ci ildə isə bu rəqəm 5 137 166,5 min manat çox, yəni 22 731 644,5 min manat olub. 2018-ci ildə büdcə kəsiri 951 milyon manat proqnozlaşdırılsa da, büdcənin icrası zamanı kəsir 222 milyon 774,8 min manat olub. Bu, 2017-ci ildəki büdcə kəsrindən 5 dəfəyə qədər azdır.

Xəbər lenti
0