Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ticarət mərkəzində yanğınların səbəbi: Siqaret çəkənlər, yemək bişirənlər…

© Sputnik / Murad OrujovBakının Nizami rayonunda "Diqlas" ticarət mərkəzində yanğın
Bakının Nizami rayonunda Diqlas ticarət mərkəzində yanğın - Sputnik Azərbaycan
Abunə olmaq
İlk öncə obyektin tikintisindən təhlükəsizliklə bağlı normalar nəzərə alınmalıdır

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 21 may — Sputnik. Mayın 18-də Xəzər rayonunun Zağulba qəsəbəsi ərazisində fəaliyyət göstərən "Zagulba Mall" ticarət mərkəzindəki "Favorit" supermarketinin zirzəmisində yanğın baş verib. Hadisə yerinə 7 təcili yardım briqadası cəlb edilib. Yanğın zamanı bir neçə nəfər xəsarət alıb. Onlardan 4-ü xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan 3-ü qadın, 1-i kişidir. Xəsarət alan qadınlardan biri qıcolma əlaməti ilə 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib.

© REPORTBakının Xəzər rayonunun Zagulba qəsəbəsindəki "Favorit" ticarət mərkəzində yanğın
Ticarət mərkəzində yanğınların səbəbi: Siqaret çəkənlər, yemək bişirənlər… - Sputnik Azərbaycan
Bakının Xəzər rayonunun Zagulba qəsəbəsindəki "Favorit" ticarət mərkəzində yanğın

Yanğın zamanı zərər çəkmiş bir neçə nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.

Xatırladaq ki, bir müddət əvvəl Nizami rayonunda yerləşən "Diqlas" ticarət mərkəzi yanmış, yüzlərlə sahibkara zərər dəymişdi.

“Zagulba Mall”da baş verən yanğın miqyasına görə “Diqlas”dakı yanğınla müqayisə edilə bilməz. Amma yanğın faktının özü və söndürülmə müddəti suallar yaradır. Niyə ticarət mərkəzlərində tez-tez yanğın baş verir və bu yanğınları az bir zamanda söndürmək olmur?

© REPORTBakının Xəzər rayonunun Zagulba qəsəbəsindəki "Favorit" ticarət mərkəzində yanğın
Ticarət mərkəzində yanğınların səbəbi: Siqaret çəkənlər, yemək bişirənlər… - Sputnik Azərbaycan
Bakının Xəzər rayonunun Zagulba qəsəbəsindəki "Favorit" ticarət mərkəzində yanğın

Baş verən hadisələr sübut edir ki, ticarət mərkəzləri tikilən zaman yanğın təhlükəsizliyi qaydaları nəzərə alınmır. Təhlükəsizlik eksperti Elmar Nurəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, insanların daha çox cəmləşdiyi məkanlardan olan ticarət mərkəzləri, bazarlar, əyləncə məkanları və bu kimi yerlərdə təhlükəsizlik tədbirlərinin daha mükəmməl görülməsinə və etibarlı təmin edilməsinə ehtiyac var. Çünki burada obyektlər çoxdur və orada işləyən işçilər və gələn müştərilər çox olduğundan hər hansı fövqəladə vəziyyət zamanı xeyli insanın həyatı üçün təhlükə yarana bilir. Ona görə də, ticarət məkanlarında kompleks təhlükəsizlik tədbirləri həyata keçirilməlidir.

"İlk öncə obyektin tikintisində təhlükəsizliklə bağlı normalar nəzərə alınmalıdır. Binanın üzlüyünün tez yanmayan materialdan olmasından tutmuş, ehtiyat çıxış qapılarının, yanğın su çəninin, yanğınsöndürmə hidrantlarının, yanğınsöndürmə dolablarının, yanğınsöndürmə balonlarının, yanğın sensoru, yanğınsöndürmə toplarının mövcudiyyətinə və bütün bunların işlək və saz vəziyyətdə olmasına nəzarət mexanizminin yaradılmasına diqqət etmək lazımdır. Orada çalışan işçilərin də texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi qaydalarına riayət etmələrini ticarət mərkəzinin administrasiyası təmin etməlidir", - deyə o əlavə edib.

© Sputnik / Murad OrujovBakının Nizami rayonunda "Diqlas" ticarət mərkəzində yanğın
Ticarət mərkəzində yanğınların səbəbi: Siqaret çəkənlər, yemək bişirənlər… - Sputnik Azərbaycan
Bakının Nizami rayonunda "Diqlas" ticarət mərkəzində yanğın

Ekspert qeyd edib ki, müasir texnologiyanın imkanlarından istifadə etməklə təhlükəsizlik tədbirlərini görmək daha asan və keyfiyyətli olar. Nəzarət müşahidə kameraları vasitəsi ilə binanın içərisinin və çölünün nəzarətdə saxlanılması, tüstü-dumana qarşı sensorların köməyi ilə baş verən hadisənin qabağı daha operativ alınır.

"İndi yeni tikilən ticarət məkanları üçün avtomatik yanğınsöndürmə sistemləri var ki, onlar yanğın baş verdikdə siqnalizasiya heç bir insan əməyindən istifadə edilmədən avtomatik işə düşür, kimyəvi tərkibli odsöndürən köpük yanan sahəyə yayılır və yanğını söndürür", – deyə ekspert vurğulayıb.

E.Nurəliyev hesab edir ki, bəzi ticarət mərkəzləri köhnə tikililərdir və onlar tikilən zaman bu profil üzrə fəaliyyət göstərməyib. Sonradan oranı bazar, yaxud ticarət mərkəzi ediblər. Ona görə orada təhlükəsizlik tədbirləri çox zəifdir: "Ticarət mərkəzinin içərisində təyin olunmamış yerdə siqaret çəkənlərə, laqonda və ya qaynaq ilə təmir aparanlara, yaxud kustar üsulla düzəldilmiş qızdırıcılardan istifadə edərək yemək bişirənlərə rast gəlmək olur. Bunlar da öz növbəsində yanğın təhlükəsi yaradan amillərdir".

© Sputnik / Murad OrujovBakının Nizami rayonunda "Diqlas" ticarət mərkəzində yanğın
Ticarət mərkəzində yanğınların səbəbi: Siqaret çəkənlər, yemək bişirənlər… - Sputnik Azərbaycan
Bakının Nizami rayonunda "Diqlas" ticarət mərkəzində yanğın

Ekspert hesab edir ki, belə yerlərdə fövqəladə vəziyyətdə necə davranmaq lazım olduğuna dair maarifləndirmə işlərinin aparılmasına ehtiyac var. Həm orada çalışan işçilər, həmdə oranı qoruyan mühafizəçilər fövqəladə vəziyyətdə nə etməli olduğunu bilməlidirlər.

"Ticarət mərkəzlərinə gedən insanların üzərində tezalışan, partlamaya meylli vasitələr, fişənglər, pirotexniki vasitələr olmamalıdır, maşınlar ticarət məkanlarının, bazarların yaxınlığında necə gəldi saxlanılmamalıdır. Yoxsa, fövqəladə vəziyyətdə təcili tibbi yardım maşınları, yanğınsöndürən maşınların hadisə yerinə çatmasında çətinlik yaradırlar. Ticarət mərkəzlərində və bir çox bazarlarda olan mağazaların malları sığortalanmayıb. Bu da o deməkdir ki, belə gözlənilməz hadisələr zamanı insanlar böyük ziyan çəkirlər", – E.Nurəliev əlavə edib.

Xəbər lenti
0